Sirus Mirzəzadə
Sirus Mirzəzadə (d.1944, Bakı) Moskva Ali rəssamlıq məktəbini bitirib . (1972) Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Bakı, Moskva , Fransa və Türkiyədə fərdi sərgiləri keçirilib. 1996-cı ildə"Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülüb. Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Niderland, Norveç, Fransa, Ruminiya, Bolqarıstan, Macarıstan, Suriya, BƏƏ, Böyük Britaniya, ABŞ və İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.