Öz mənzərələrini, adət-ənənələrini və insan təcrübəsinin mahiyyətini “vizual simfoniyada” əks etdirən incəsənət, danışılmamış hekayələrə həyat və nəfəs verir.
Bakıda yerləşən “Gallery Lux Mundi”, müstəsna olaraq Azərbaycan və dünya rəssamlarının əsərlərini nümayiş etdirmək və mədəni mübadiləni təşviq etmək üçün nəzərdə tutulmuş bir məkandır. Şəhərin mərkəzində yerləşən “Gallery Lux Mundi” həm tanınmış, həm də yenicə başlayan rəssamlar üçün bir platforma rolunu oynayır və rəssamların yaradıcılığının inkişaf edəcəyi füsunkar bir mühit təklif edir.
“Gallery Lux Mundi” rəngkarlıqdan heykəltəraşlığa, fotoqrafiyadan instalyasiyalara qədər ziyarətçilərə müasir incəsənət dünyasına cazibəli səyahət təklif edir.
Bizim kuratorlar komandamız əsas diqqəti istedadlara yönəldir və bədii innovasiyalara böyük həvəslə yanaşırlar. Kuratorlarımız bədii mükəmməllik nümunələri olan əsərləri diqqətlə seçir, bu əsərlər və tamaşaçılar arasında daha dərin əlaqə qurmaqla, mənalı layihələr ərsəyə gətirirlər. Hər bir sərgi, hərtərəfli və əsaslı şəkildə dərindən düşünülərək yaradılır, özündə düşüncə və dialoqa dəvət edən vahid və cəlbedici təqdimatı ehtiva edir.
“Gallery Lux Mundi” təkcə vizual həzz deyil, həm də intellektual araşdırmalar mərkəzidir.
Qalereyada müxtəlif tədris proqramları, o cümlədən, rəssamlar ilə görüşlər, panel müzakirələri və ustad dərsləri keçirilir ki, bu da ziyarətçilərə yaradıcılıq prosesi və nümayiş olunan əsərlərin daha geniş konteksti haqqında hərtərəfli və dəyərli təsəvvür verir. Bu təşəbbüslər vasitəsilə, “Gallery Lux Mundi”, təcrübəli kolleksiyaçılardan hər şeyi bilməyə çalışan, yenicə başlayan sənətsevərlərə qədər bütün incəsənət həvəskarlarına zəngin interaktiv təcrübə təqdim edir.
Yerli incəsənət səhnəsinin mühüm iştirakçılarından biri sayılan “Gallery Lux Mundi”, Azərbaycan rəssamlarını fəal şəkildə dəstəkləyir və təbliğ edir, həmçinin onların öz istedadlarını beynəlxalq incəsənət səhnəsində nümayiş etdirməsi üçün bir platformadır. Bunlarla yanaşı, qalereya öz məkanı daxilində dinamik və mədəniyyətlərarası dialoq yaratmaq məqsədilə müxtəlif mədəniyyətləri təmsil edən rəssamları bir araya gətirərək, beynəlxalq əməkdaşlığı da gücləndirir.
Müasir tələblərə uyğun olaraq “Gallery Lux Mundi” rəqəmsal məkanı da əhatə edərək, öz sərgilərinə dünyanın hər bir yerindən olan sənətsevərləri cəlb etməyə çalışır. Onlayn platforma vasitəsilə qalereya öz əhatə dairəsini genişləndirərək, virtual ziyarətçilərə dünyanın istənilən yerindən möhtəşəm sənət əsərlərini kəşf etmək və qalereyanın fəaliyyətləri ilə tanış olmaq imkanı yaradır.