Mənzərə
Nazim Yunus
MƏNZƏRƏ (TƏBİƏT)
2023 / 25 x 35

Kətan, yağlı boya


Nazim Yunus
Nazim Yunus (d. 1956, Bakı)     Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinin “Rəngkarlıq” şöbəsini (1976), daha sonra Lvov Tətbiqi və Dekorativ Sənətlər İnstitutunun “Dizayn” fakültəsini (1981) bitirmişdir. Azərbaycan Dizaynerlər İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim dizaynı” kafedrasının dosenti və rəhbəridir. Bir çox janrda geniş yaradıcılıq diapazonuna malikdir. Rəssamın yaradıcılığında tez-tez rast gəlinən Abşeron mövzusu xüsusi yer tutur. Sənətkarı fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun abstraksiyaya yanaşma tərzidir. Unikal vizual bədii dilə sahib rəssamın fərdiləşdirilmiş konsepsiyasında abstraksiya tamamilə müstəqildir.