Paris
Cəsar Məmmədov
MƏNZƏRƏ (TƏBİƏT)
Kətan, yağlı boya

2022 / 60 x 90


Cəsar Məmmədov

Cəsər Məmmədov Azərbaycanın tanınmış gənc fırça ustalarından biridir. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin (2004-2008) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (2008-2012) məzunudur. Son illərdə, Azərbaycanda və xaricdə keçirilən incəsənət layihələrində fəal iştirak edib və onun əsərləri ən məşhur sərgi meydançalarında nümayiş etdirilib. Çox güman ki, Vladimir Nabokovun şeirindən kiçik bir sətir, rəssamın yaradıcılıq kredosunu, çox gözəl təsvir edə bilər: “Mən bu həyata hədsiz sevgi ilə vurğunam…”. Cəsər Məmmədovun kətanlarında həyat və varlıq sevincinin həzzi, rəssamın ən xırda məişət detallarına xeyirxah marağı ilə birləşir... təbiət gözəlliyinin romantik tərənnümü isə, insan əllərinin yaratdığını ön planda nümayiş etdirilməsi ilə birgə, əl-ələ addımlayır (həm sözün məcazi, həm də əsl mənasında).

Əgər dənizdirsə, o, müxtəlif rəngli yelkənlərlə dolu, şəhərdirsə, parlaq divarlar, eyvanlar və afişalarla rəngarəng olur. Hətta sənaye mənzərələri, məsələn, neft sənayelərinin panoraması, rəssamın fırçasında müəyyən işgüzarlıq, təvazökarlıq, amma istənilən halda, zəif fon çalarlarına malik saf və parlaq rənglərin diqqətlə yoxlanılmış balansına nail olan gözəllik əldə edir. Tonların saflığı, xətlərin aydınlığı, hətta kəskinliyi ilə birləşir: rəssam tamaşaçıya sanki yaş ötdükcə istər-istəməz dünyanın “dumanlı” şəkildə görünən gündəlik möcüzələrinə – dəniz suyunun bərq vurmasına, çimərlik çətirlərinin mozaikasına, dorağaclarının torlarına, kirəmit damların labirintlərinə təzə baxışla nəzər salmağı təklif edir…

Bu mənzərələr ideallaşdırılmayıb və uydurulmayıb. Bu, bir növ “səyahətçinin gündəliyidir”. Axı Cəsər Məmmədov tez-tez səyahət edir. İspaniya, Türkiyə, Fransa, İtaliya onun kətanlarında canlanır. Xüsusilə dənizkənarı şəhərlər, limanlar, onların gündəlik qayğılı həyatı… Əlbəttə, istənilən şəhəri müxtəlif şəkildə təsvir etmək olar, amma Cəsərin yaradıcılığında onların hamısı, daha çox işıqla aşıb-daşır, bu və ya digər dərəcədə bayram əhval-ruhiyyəli olur. Düz deyirlər: “gözəllik, baxanın gözlərində olur”.

Cəsər Məmmədovun natürmort və portretlərində inamlı yaxmaları həyata qarşı eyni sevgini səpələyir; onların əhval-ruhiyyəsi eyni dərəcədə işıqlı, bəzən dinc və sakit, bəzənsə parlaq və coşqundur. Hətta Böyük Britaniyanın kraliçasının təbəssümü, rəssamın fırçasında əslində olduğundan daha çox optimist görünür (bu portret, 2018-ci ildə Vindzorda keçirilən yubiley Kral at şousunda II Yelizavetaya təqdim edilib).

Qrafik rəsmlər, Cəsər Məmmədovun əsərlərində kifayət qədər maraqlı və gözlənilməz təzad kimi görünür. Qrafika – onun yaradıcılığının nisbətən yeni istiqaməti olsa da, rəssam, gələcəkdə ona daha çox diqqət ayırmaq niyyətindədir. Bu texnikada Cəsər Məmmədov mənzərə janrına sədaqətini qoruyub saxlamağa davam etsə də, həqiqətin əks etdirilməsinə yanaşma burada bir qədər fərqlidir və reallıq, minimal rəng çalarları ilə, əhval-ruhiyyə incəliklərinin geniş müxtəlifliyini əldə edir.

Beləliklə, gənc rəssam Cəsər Məmmədov, incəsənət aləmində öz şəxsiyyətini kifayət qədər parlaq formada göstərərək, əldə etdiyi nailiyyətlərlə kifayətlənmir və tamaşaçılarını yeni yaradıcılıq sürprizləri ilə sevindirməyə hazırdır.