Harlequin
Nihad Ağazadə
PORTRET
Kağız, pastel

2024 / 80 x 100


Nihad Ağazadə

Nihad Ağazadə (d. 1998, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (2015-2019) təhsil almışdır. 2015-ci ildən Azərbaycanda və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır: Azərbaycan Gənc rəssamlarının sərgisi (2018, Art Hub, Dubay, BƏƏ); Beynəlxalq rəsm sərgisi, (2017, “Art Thema” Qalereyası, Brüssel, Belçika); Opalizm məktəbinin davamçıları (2017, “NUR Art House” Qalereyası, Bakı); “Sərhədsiz İncəsənət” 2-ci Beynəlxalq sərgi, Dünya Rəssamlar Akademiyası (2016, Sənət Evi, Bakı) və s. 2016-cı ildə Türkiyənin “Tahta Kuşlar” Özəl Etnoqrafiya Qalereyasının təşkil etdiyi rəsm sərgisinin qalibidir, həmçinin həmin il o, Moskvanın Manej sərgi salonunda keçirilən “VERA” festivalının “Adət-ənənənin və müasirliyin rəngkarlıqda qorunub saxlanılması” adlı mükafatına layiq görülüb. Əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Fransa, ABŞ və s. ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.