QADIN PORTRETİ
Eliyar Əlimirzəyev
PORTRET

Kətan, yağlı boya

2015 / 60 x 50



Eliyar Əlimirzəyev

Eliyar Əlimirzəyev (d. 1961, Bakı) müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biridir. 1988-ci ildə SSRİ Rəssamlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib, 2021-ci ildə “Azərbaycanın Xalq rəssamı” fəxri adına layiq görülüb. “Labirint” yaradıcı qrupunun fəal iştirakçılarından biridir. Eliyar Əlimirzəyevin “Fenikslər” əsəri 2004-cü ildə Parisdə keçirilən 200 ölkədən olan rəssamların iştirak etdiyi beynəlxalq sərginin baş mükafatına layiq görülüb. Rəssamın əsərləri Rusiyanın Tretyakov Qalereyasında, Vyanada Albertino Muzeyində, Danimarkanın Aden Şəhər Muzeyində, həmçinin Rusiya, ABŞ, Çin, Türkiyə, Serbiya, Polşa, Avstriya, Koreya, İndoneziya və digər ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.