Zakir Hüseynov

Zakir Hüseynov (1961-2010)   Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində (1979-1985) təhsil almışdır. Bakı Yod Zavodunda (1985-1986), daha sonra Bədii Fondun İstehsalat Yaradıcılıq Kombinatında (1986-1991) tərtibatçı rəssam vəzifəsində çalışmışdır. 1988-ci ildən Bakı İncəsənət Mərkəzi, 1996-2003-cü illərdə “Labirint” incəsənət qrupu, 2006-2010-cu illərdə “Bakı” Qalereyasının nəzdində yaradıcı kollektivdə fəaliyyət göstərib. 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. Ölümündən sonra 2011-ci ildə Xətai Miniatür Sənət Qalereyasında rəssamın 50 illik yubileyinə həsr olunmuş fərdi sərgisi keçirilmişdir. 



Rəssamın əsərləri
PORTRET
Adam
KOMPOZİSİYA
TƏHLÜKƏLİ YÜK
NATÜRMORT
QRAMMOFON
NATÜRMORT
TƏKƏR ÜZƏRİNDƏ SƏHƏNG
MƏNZƏRƏ (TƏBİƏT)
ƏMİRCAN
MƏNZƏRƏ (TƏBİƏT)
ÖKÜZ
MƏNZƏRƏ (TƏBİƏT)
NEFT QURĞULARI
PORTRET
BALIQ SATAN
PORTRET
PAPAQLI ADAM
PORTRET
YELPİKLİ QADIN