Qəyyur Yunus

Qəyyur Yunus (d. 1948, Bakı) 1971-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Tbilisi Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində (1971-1977) təhsil almışdır. 1972-ci ildən başlayaraq çoxsaylı sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Qəyyur Yunus hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində yaxın qohumu Səttar Bəhlulzadənin emalatxanasına gələrək, onun necə rəsmlər yaratdığını müşahidə etmişdir, dahi sənətkarın tələbəsi olmuş və sənətin müxtəlif üslublarını mənimsəmişdir. Əsərləri Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.



Rəssamın əsərləri
MƏNZƏRƏ (TƏBİƏT)
MƏNZƏRƏ