Gennadi Brijatyuk

Gennadi Brijatyuk (1935-2008) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini dörd dəfə ara verməklə 8 ilə tamamlamışdır. O, sovet və postsovet dövrlərində Azərbaycan avanqard üslubunun nümayəndəsi sayılır. Onun yerli ənənəvi təsviri incəsənətdən ilhamlanmış erkən əsərləri daha realist və dekorativ idi. Daha sonra, Brijatyuk öz üslubunu yaratmaq üçün, qərb cərəyanlarını yerli ənənələr ilə sintez etdi. O, müxtəlif janrları sınaqdan keçirdi və Abşeron günəşinin gözqamaşdırıcı şüaların təsirindən göründüyü kimi, “yuyulmuş rənglərin” iri blokları ilə yumşaq palitrada işlənmiş yarımabstrakt peyzaj rəsmləri ilə tanınmağa başladı. Gennadi Brijatyuk 1992-ci ildə “Azərbaycanın Əməkdar rəssamı” fəxri adına layiq görülüb. Əsərləri Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Fransa və digər ölkələrin  muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır.



Rəssamın əsərləri
MƏNZƏRƏ (TƏBİƏT)
MƏNZƏRƏ
MƏNZƏRƏ (TƏBİƏT)
QARA EV