Rasim Babayev (1927-2007) 1949-cu ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1949-1956-cı illərdə V.İ. Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda təhsil alıb. O, 1950-1960-cı illərdə əsasən litoqrafiya, linoqravüra və kitab illüstrasiyası sahəsində çalışıb, daha sonra yağlı boya ilə fəaliyyətini davam etdirərək, rəngarəng və yuxular dünyasını təsvir edib. Abşeron rəssamlıq məktəbinin ən nüfuzlu rəssamlarından biri hesab olunur. Rasim Babayevin yaradıcılığı İngiltərə, Kanada, Türkiyə, Finlandiya və s. ölkələrdə nümayiş etdirilmişdir.
Əsərləri Tretyakov Qalereyası (Moskva), Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Rusiya Muzeyi (Sankt-Peterburq), Azərbaycan Milli İncəsənət Muzeyi, “De Frans” Qalereyası (Paris), Zimmerli Muzeyi (Nyu-York), Moskva Müasir İncəsənət Muzeyi və s. kolleksiyalarda saxlanılır.