SƏHƏR
Niyaz Nəcəfov
PORTRET
Kətan, yağlı boya

2011 / 100 x 65




Niyaz Nəcəfov

Niyaz Nəcəfov (d. 1968, Bakı) 1985-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirdikdən sonra peşəkar idmanla məşğul olmağa başlamışdır. Kiçik yaşlarından   rəsm çəkməyə meylli olsa da, peşəkar rəssamlıq təhsili almayıb. 2003-2004-cü illərdə Azərbaycanın tanınmış sənətşünas alimi, Əməkdar incəsənət xadimi Leyla Axundzadə ilə tanışlığı onun yaradıcılıq həyatında yeni mərhələnin başlanğıcı oldu. İlk dəfə məhz  L. Axundzadənin rəhbərliyi   ilə təşkil olunan müasir incəsənət sərgilərində iştirak edib. Daha sonra 2008-ci ildə Berlində, 2009-cu ildə 53-cü Venesiya Biennalesində, həmçinin Rusiya, ABŞ, Misir, Fransa, İsveçrə, Danimarka da daxil olmaqla Azərbaycan incəsənətini təmsil edən rəssamlardan biri olmuşdur. Niyaz Nəcəfovun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Onun iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınmışdır.