Xanlar Əsədullayev (d. 1988, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (2003-2011) təhsil almışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (2010). 2003-cü ildən bir çox sərgilərin iştirakçısıdır: “Əsrin 100 çaları” sərgisi (2023, Heydər Əliyev Mərkəzi, Bakı); 50-ci “Kültür və sənət” festivalı (2019, İzmir, Türkiyə) və s. Əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Fransa, İtaliya, ABŞ və s. ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. Hal-hazırda yaradıcılıqla bərabər emalatxanasında tələbələrə rəngkarlıq üzrə dərs deyir.