Namiq Məmmədov (d. 1957, Gəncə) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini (1982), Litva Dövlət Rəssamlıq İnstitutunun “Rəngkarlıq” şöbəsini (1988) bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2018-ci ildə “Azərbaycanın Əməkdar rəssamı” fəxri adına layiq görülüb, “Humay” mükafatı laureatıdır (2003). Azərbaycanda və digər ölkələrdə keçirilən bir çox sərgilərin iştirakçısıdır. Əsərləri dövlət və şəxsi kolleksiyalarda saxlanılır: Bakı Müasir İncəsənət Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, TÜRKSOY Qalereyası (Ankara), İslam İncəsənət Mərkəzi (Moskva), Norveç, Danimarka, ABŞ, İtaliya, Türkiyə, Almaniya, İngiltərə və s.