İsa Məmmədov

İsa Məmmədov (d. 1956, Zəngəzur) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində (1974-1979) və Azərbaycan Dövlət İncəsənət Universitetində (1982-1988) təhsil almışdır. Yaradıcılığında zaman-zaman müxtəlif janrlara müraciət etsə də, daha çox mənzərə janrına üstünlük verir. Azərbaycan Rəssamlar İttifaqının  və YUNESKO nəzdindəki Rəssamlar Birliyinin üzvüdür. Çoxsaylı sərgilərin iştirakçısıdır. Bir neçə fərdi sərgiləri uğurla keçirilmişdir (Almaniya, Türkiyə, və s.). Əsərləri yerli və xarici ölkələrin (Rusiya, Fransa, İtaliya, ABŞ, Türkiyə və s.) muzey və şəxsi kolleksiyalarında saxlanılır. Hal-hazırda ADRA-nın “Rəngkarlıq” kafedrasında baş müəllim vəzifəsində çalışır.



Rəssamın əsərləri
MƏNZƏRƏ (TƏBİƏT)
BAKI MƏNZƏRƏSİ
PORTRET
BAĞÇADA QADIN